Tez-tez verilən suallar (FAQ)
Aşağıda ən çox verilən suallarla tanış ola bilərsiniz.
Akademiyaya necə qeydiyyatdan keçə bilərəm?
Ana səhifədə “Giriş” düyməsinə klikləyərək formu doldurursunuz. Əgər Google hesabınız varsa, birbaşa daxil ola bilərsiniz. Qeydiyyatdan sonra təsdiq məktubu gəlməzsə, zəhmət olmasa spam/junk qovluğunu yoxlayın.
Kurslara giriş necə həyata keçirilir?
Ödəniş etdikdən sonra kurslara dərhal giriş əldə edirsiniz. İstədiyiniz vaxt və istənilən cihazdan
daxil ola bilərsiniz.
Kursları bitirdikdən sonra sertifikat təqdim olunurmu?
Bəli. Kursu tam bitirdikdən sonra PRO Management Academy tərəfindən PDF və ya JPG formatında rəsmi
sertifikat təqdim olunur.
Kurslar üçün ödənişi hissələrə bölmək mümkündürmü?
Bəli, BirKart, TamKart və BolKart istifadə edərək ödənişi 2, 3 və ya 6 aylıq hissələrə bölmək
mümkündür.
Kursları bitirmək üçün vaxt məhdudiyyəti mövcuddurmu?
Xeyr, kurs üçün ödəniş etdikdən sonra vaxt məhdudiyyəti mövcud deyil.
Saytla bağlı texniki problem yaranacağı təqdirdə nə etməliyəm?
İlk növbədə internet bağlantınızı yoxlayın. Problem davam edərsə, “Əlaqə” bölməsi vasitəsilə
bizə müraciət edə bilərsiniz. Komandamız mümkün ən qısa zaman ərzində sizinlə əlaqə
saxlayacaq.
