5.00
(2 Reytinq)

Layihə idarəetməsi

Kateqoriyalar: Layihə idarəetməsi
Yadda saxlananlar Paylaş
Kursu paylaş
Səhifənin linki
Sosial şəbəkələrdə paylaş

Kurs haqqında

Layihə meneceri çox maraqlı bir peşədir. Bir layihədən digərinə keçid edən layihə meneceri daim yeni biznes sahələri ilə, yeni proses və sistemlərlə, yeni insanlarla və yeni situasiyalarla qarşılaşır. Belə dinamik mühit daim öyrənməyə imkan yaradır və bacarıqlarınızı ənənəvi işlərdən daha sürətli inkişaf etdirir. Əgər layihə idarəçiliyi üzrə biliklərinizi tətbiq edərək xaosu nizamlı layihəyə çevirsəniz, həm iş həyatınızda, həm şəxsi inkişafınızda, həm də yeni biznes ideyalarınızı reallaşdırmaqda uğur əldə edəcəksiniz. Təəccüblü deyil ki, yaxın illərdə layihə menecerlərinə olan tələbin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Bizim proqram hər kəsin bilik və bacarıqlarını artırmasına, lazım olan özünəinamı qazanmasına və layihələri idarə etməyə başlamasına kömək etmək üçün diqqətlə hazırlanmışdır.

Daha çox göstər

Nə öyrənəcəksiniz?

  • Bu onlayn kurs layihə menecerinin mütləq öyrənməli olduğu vacib dərsləri unikal şəkildə birləşdirir;
  • Bütöv bir layihə üzərində praktiki iş aparacaq və layihə menecerinin başlanğıcdan sona qədər hansı addımları atmalı olduğunu öyrənəcksiniz;
  • Layihə idarəçiliyinin fundamental nəzəriyyəsini anlayacaq, ən yaxşı təcrübələri tətbiq edəcək və növbəti layihənizdə edilən ümumi səhvlərdən yayınacaqsınız;
  • Qant diaqramı, Kritik Yol Metodu, Layihə Planı, Büdcə və digər lazımi alətlərdən istifadə etməyi öyrənəcəksiniz (15+ layihə idarəetmə şablonu əldə edəcəksiniz);
  • Agile layihə idarəçiliyini öyrənəcəksiniz;
  • SCRUM-ı mənimsəyəcək və bu metodologiyanı tətbiq etməyə hazır olacaqsınız;
  • Waterfall və Agile metodologiyalarının əsas fərqlərini öyrənəcək, üstün və çatışmayan cəhətlərini müqayisə edəcək, növbəti layihənizdə hansı yanaşmanı tətbiq etməli olduğunuzu anlayacaqsınız;
  • Hansı sektorda olmağınızdan asılı olmayaraq layihə meneceri olmaq üçün lazım olan peşəkar və şəxsi bacarıqları qazanacaqsınız.

Kurs Məzmunu

1-ci bölmə: Layihə idarəetməsinə giriş

2-ci bölmə: Layihənin mərhələləri

3-cü bölmə: Başlanğıc mərhələsi

4-cü bölmə: Planlaşdırma mərhələsi

5-ci bölmə: Planlaşdırma mərhələsi – Vaxt qrafikləri və cədvəllər

6-cı bölmə: Planlaşdırma mərhələsi – Xərclər

7-ci bölmə: Planlaşdırma mərhələsi – Gözləntilər, ehtimallar, risklər və kommunikasiya

8-ci bölmə: Planlaşdırma mərhələsi – Dəyişiklik prosesi

9-cu bölmə: İcra mərhələsi – İclaslar

10-cu bölmə: İcra mərhələsi – Layihə gündəliyi

11-ci bölmə: İcra mərhələsi – Layihə işinin və heyətinin idarə edilməsi

12-ci bölmə: Monitorinq və nəzarət mərhələsi

13-cü bölmə: İcra mərhələsi – Problemlərin idarə edilməsi

14-cü bölmə: Bağlanış mərhələsi – Layihə işinin və heyətinin idarə edilməsi

15-ci bölmə: Agile layihə idarəçiliyi

16-cı bölmə: SCRUM

17-ci bölmə: Agile vs Waterfall

18-ci bölmə: Yekun

Qiymətləndirmə & Rəylər

5.0
Ümumi 2 Reytinq
5
2 Reytinq
4
0 Reytinq
3
0 Reytinq
2
0 Reytinq
1
0 Reytinq
ƏV
3 ay öncə
Kursu çox bəyəndim!
SS
4 ay öncə
Kurs faydalıdır
Məhsul səbəti
Yuxarıya doğru sürüşdür