Hekayə ilə təsir yaratmaq sənəti (Storytelling)
Kurs haqqında
Bu gün təsirli hekayə danışmaq ən çox müzakirə olunan mövzulardan biridir. Lakin hekayə vasitəsilə təsir yaratmaq çox vaxt “deməsi asan, etməsi çətin” bacarıqlardan hesab olunur. Xüsusilə peşəkar mühitdə, harada ki, əsas təsir alətləri adətən faktlar, rəqəmlər və məntiq olur, hekayənin gücündən düzgün istifadə etmək ayrıca yanaşma tələb edir.
Burada məqsəd sadəcə hekayə danışmaq deyil, təsir yaratmaq üçün hekayə danışmaqdır. Çünki əyləncə məqsədli hekayə ilə qərar, davranış və düşüncəyə təsir edən hekayə arasında həm niyyət, həm də nəticə baxımından ciddi fərq var. Praktik təcrübə göstərir ki, klassik “storytelling” üsullarının bir hissəsi real təsir situasiyalarında hər zaman effektiv olmur. Bu kurs isə məhz həmin boşluğu doldurmaq üçün hazırlanıb.
Kurs 3 əsas mövzu üzrə qurulmuş 23 qısa videodan ibarətdir və öyrənilməsi mümkün qədər sadə şəkildə strukturlaşdırılıb. Mövzuların yadda qalmasını asanlaşdırmaq üçün praktiki nümunələr və vizual yanaşmalardan istifadə olunur.
Kurs Məzmunu
1-ci bölmə: Ümumi məlumat
-
02:19
-
03:24
-
3. Təsir etmək üçün niyə hekayə danışmalıyıq?
02:38 -
4. Hekayəni nə vaxt danışmalıyıq?
01:53 -
5. Niyyətin müəyyənləşdirilməsi
02:33 -
6. Nəticə
03:59
