Hekayə ilə təsir yaratmaq sənəti (Storytelling)

Kateqoriyalar: Biznes
Yadda saxlananlar Paylaş
Kursu paylaş
Səhifənin linki
Sosial şəbəkələrdə paylaş

Kurs haqqında

Bu gün təsirli hekayə danışmaq ən çox müzakirə olunan mövzulardan biridir. Lakin hekayə vasitəsilə təsir yaratmaq çox vaxt “deməsi asan, etməsi çətin” bacarıqlardan hesab olunur. Xüsusilə peşəkar mühitdə, harada ki, əsas təsir alətləri adətən faktlar, rəqəmlər və məntiq olur, hekayənin gücündən düzgün istifadə etmək ayrıca yanaşma tələb edir.

Burada məqsəd sadəcə hekayə danışmaq deyil, təsir yaratmaq üçün hekayə danışmaqdır. Çünki əyləncə məqsədli hekayə ilə qərar, davranış və düşüncəyə təsir edən hekayə arasında həm niyyət, həm də nəticə baxımından ciddi fərq var. Praktik təcrübə göstərir ki, klassik “storytelling” üsullarının bir hissəsi real təsir situasiyalarında hər zaman effektiv olmur. Bu kurs isə məhz həmin boşluğu doldurmaq üçün hazırlanıb.

Kurs 3 əsas mövzu üzrə qurulmuş 23 qısa videodan ibarətdir və öyrənilməsi mümkün qədər sadə şəkildə strukturlaşdırılıb. Mövzuların yadda qalmasını asanlaşdırmaq üçün praktiki nümunələr və vizual yanaşmalardan istifadə olunur.

Daha çox göstər

Nə öyrənəcəksiniz?

  • Mesajı gücləndirəcək yeni hekayələri asanlıqla tapmağı
  • Mesajı aydın və strukturlaşdırılmış şəkildə təqdim etməyi
  • Auditoriyanı addım-addım adınca aparmağı
  • Ətrafdakı insanları ilhamlandırmağı
  • Auditoriyanın diqqətini cəlb etməyi
  • Təqdimatlara əlavə güc qatmağı
  • Mesaj vasitəsilə təsir dairəsi yaratmağı
  • Öz fikrini inamla çatdırmağı

Kurs Məzmunu

1-ci bölmə: Ümumi məlumat

2-ci bölmə: Şəxsi hekayə kitabxanasının qurulması

3-cü bölmə: Hekayənizi danışın

Qiymətləndirmə & Rəylər

Rəy yoxdur
Rəy yoxdur
Məhsul səbəti
Yuxarıya doğru sürüşdür