Məxfilik siyasəti
“PRO Management Academy” MMC
Məxfilik siyasəti
1. Ümumi müddəalar
Bu Məxfilik siyasəti “PRO Management Academy” MMC-nin (bundan sonra – “Şirkət”) təqdim etdiyi onlayn təlim kurslarının satışı və istifadəsi məqsədilə hazırlanmış “PRO Management Academy” platformasında (bundan sonra – “Platforma”) və www.proma.az internet səhifəsində istifadəçilərin fərdi məlumatlarının toplanılması, işlənilməsi, saxlanılması və qorunması qaydalarını müəyyən edir.
Bu sənəd Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununa və digər müvafiq qanunvericilik aktlarına əsasən tərtib edilmişdir.
Şirkət Platforma istifadəçilərinin fərdi məlumatlarının qanunvericiliyə uyğun şəkildə işlənilməsinə görə məsuliyyət daşıyır.
2. İstifadə edilmiş əsas anlayışlar
Fərdi məlumatlar – şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat.
Fərdi məlumatların subyekti – barəsində fərdi məlumatlar toplanılan və işlənilən fiziki şəxs.
İstifadəçi (Müştəri) – Platformada qeydiyyatdan keçərək kursları alan şəxs.
Platforma – “PRO Management Academy” MMC tərəfindən kursların təqdim edildiyi və idarə olunduğu rəqəmsal sistem və internet saytı (www.proma.az).
Ödəniş provayderi – Bank kartı və digər ödəniş metodları üzrə əməliyyatları texniki olaraq həyata keçirən tərəf.
3. Fərdi məlumatların işlənilməsinin məqsədi
Şirkət fərdi məlumatları aşağıdakı məqsədlərlə toplayır və istifadə edir:
– Kursların satışı və təqdim edilməsi;
– İstifadəçi hesabının yaradılması və identifikasiyası;
– Ödənişlərin qəbul edilməsi və təsdiqlənməsi;
– İstifadəçi sorğularına cavab verilməsi;
– Platformanın funksionallığının və xidmət keyfiyyətinin təkmilləşdirilməsi;
– Fırıldaqçılığın qarşısının alınması və təhlükəsizlik məqsədləri.
4. Fərdi məlumatların toplanılması
İstifadəçi Platformada qeydiyyat zamanı aşağıdakı məlumatları təqdim edir:
– Ad, soyad
– Elektron poçt ünvanı
– Telefon nömrəsi (əgər təqdim edilərsə)
Ödəniş zamanı – ödəniş üsuluna dair məlumatlar (bank kartı məlumatları təhlükəsiz şifrələnmiş şəkildə ödəniş provayderi tərəfindən emal edilir və Şirkətə ötürülmür).
Avtomatik toplanılan məlumatlar:
– IP ünvanı
– Cihaz və brauzer məlumatları
– Platformada fəaliyyət (Google Analytics və digər analitik alətlər vasitəsilə)
5. Fərdi məlumatların saxlanılması və mühafizəsi
Toplanılmış məlumatlar:
– Qanunvericiliyə uyğun şəkildə,
– Minimum 5 il müddətində və xidmətlərin təqdim edilməsi üçün tələb olunan müddətdə
– Təhlükəsizlik standartlarına uyğun olaraq qorunur.
6. Fərdi məlumatların üçüncü şəxslərə ötürülməsi
Şirkət fərdi məlumatları üçüncü şəxslərə yalnız aşağıdakı hallarda ötürə bilər:
– Ödənişlərin emalı üçün ödəniş provayderinə;
– Qanunvericilik tələb etdikdə;
– İstifadəçinin razılığı olduqda.
Məlumatlar kommersiya məqsədi ilə üçüncü şəxslərə təqdim edilmir.
7. Məlumatların arxivləşdirilməsi və məhv edilməsi
İstifadəçi müraciət etdikdə məlumatların silinməsi qanunvericiliyə uyğun şəkildə həyata keçirilir və ya əsaslandırılmış şəkildə imtina cavabı təqdim edilir.
8. Məxfilik siyasətinin yenilənməsi
Siyasət mütəmadi olaraq yenilənə bilər. Dəyişikliklər Platformada dərc edilir.
9. Subyektin hüquqları
İstifadəçi aşağıdakı hüquqlara malikdir:
– Məlumatların toplanılmasına razılıq verməmək;
– Məlumatlarının silinməsini tələb etmək;
– Məlumatların işlənməsi barədə məlumat almaq;
– Şikayət etmək.
10. Əlaqə
Müraciətlər üçün:
+994505526353
Şikayət orqanı:
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — Qaynar xətt: 1650
Bu Qaydalar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq hazırlanmışdır.
